EN

DTX nin başladığı cinayət işində Sənan Rəhimliyə HÖKM OXUNDU

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən Sənan Rəhimlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başladılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Sənan Rəhimli 10 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Sənan Rəhimliyə AR Cinayət Məcəlləsinin 12.1-ci (cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə və döyüş təlimlərində iştirak etmə) maddələri ilə yekun ittiham elan olunub. (Apa.az)Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
89
9
bizim.media

10Sources