EN

UEFA Çempionlar Liqası: Bu gün “Qarabağ” Bakıda “Nyukasl”la qarşılaşacaq

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Qarabağ” ilk dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu tarixi görüşdə İngiltərənin “Nyukasl” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda İngiltərənin “Çelsi” və ya İspaniyanın “Barselona” klublarından biri ilə qarşılaşacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
14
icma.az

10Sources