EN

SON DƏQİQƏ! Rusiya və Ukrayna nümayəndə heyətləri razılığa gəldilər

Cenevrə danışıqlarında iştirak edən Rusiya və Ukrayna nümayəndə heyətləri ölkələrinin liderlərinə məlumat vermək və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff öz “X” hesabında məlumat verib.

Uitkoff ABŞ prezidenti Donald Trampın bu müharibənin hər iki tərəfini bir araya gətirməkdəki uğurunun mənalı irəliləyişlərə səbəb olduğunu və bu dəhşətli münaqişədə qətllərin qarşısını almaq üçün onun rəhbərliyi altında çalışmaqdan qürur duyduğunu qeyd edib.

Qeyd edək ki, 17 fevralda Rusiya, ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi Cenevrədə baş tutub.

Chosen
16
7
konkret.az

8Sources