EN

Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyişlər var - Uitkoff

Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş var.

Bakıvaxtı.az xəbər verir ki, bun varədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” hesabında paylaşım edib.

Uitkoff qeyd edib ki, Cenevrə danışıqlarında iştirak edən Rusiya və Ukrayna nümayəndə heyətləri ölkələrinin liderlərinə məlumat vermək və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəliblər.

O, ABŞ prezidenti Donald Trampın bu müharibənin hər iki tərəfini bir araya gətirməkdəki uğurunun mənalı irəliləyişlərə səbəb olduğunu və bu dəhşətli münaqişədə qətllərin qarşısını almaq üçün onun rəhbərliyi altında çalışmaqdan qürur duyduğunu qeyd edib.

Qeyd edək ki, fevralın fevralda Rusiya, ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi Cenevrədə baş tutub.

Chosen
4
7
bakivaxti.az

8Sources