EN

Qələbədən sonrakı paylaşımı gündəm oldu - Foto

Türkiyənin sabiq səhiyyə naziri Fahrettin Koca “Qalatasaray”ın “Yuventus” üzərində 5:2 hesablı qələbəsindən sonra sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, o, İtaliyanın Baş naziri Corciya Meloninin təəccüblə üzünü əlləri ilə örtdüyü fotonu paylaşıb və “Tarixi qələbə: “Qalatasaray” 5 – “Yuventus” 2” sözlərini yazıb.

Yumoristik üslubda edilən paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İtaliya Baş nazirinin fotosuna istinad edilməsi paylaşımın daha da diqqət çəkməsinə yol açıb.

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib. İlk qarşılaşmada “Galatasaray” öz evində “Yuventus”u 5-2 hesabı ilə məğlub edib.


Bizim.Media 

Chosen
70
bizim.media

1Sources