ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk günündən sonra X-də paylaşım edib.
Uitkoffun ABŞ-nin Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlara moderatorluq etdiyini qeyd edib.
Uitkoff bildirib ki, hər iki tərəf nəticələri müvafiq liderlərinə bildirmək və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəlib.