EN

Zelenski: ABŞ Avropada Patriot raketlərinin istehsalına icazə verməyib

BAKI, 18 fevral. TELEQRAF

ABŞ Kiyevə Patriot zenit-raket kompleksləri üçün raketlərin istehsalına icazə verməyib.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Zelenski Ukraynanın illər əvvəl ABŞ ilə Avropada, xüsusilə Patriot sistemləri üçün kifayət qədər raket istehsalının yaradılması məsələsini müzakirə etdiyini deyib. Onun sözlərinə görə, lisenziya verilməsi ilə bağlı vədlər olsa da, Vaşinqton sonda buna razılıq verməyib.

Zelenski əlavə edib ki, Ukrayna istehsalın öz ərazisində, eləcə də Rumıniya, Polşa və regiondakı digər NATO tərəfdaşları ilə birgə qurulmasını təklif edib.

Chosen
33
teleqraf.com

1Sources