"Arsenal" "Atletik Bilbao"nun futbolçusu Niko Uilyamsın xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İngilətərə nəhəngi futbolçunu mövsümün sonunda transfer etmək istəyir. Məlumata görə, "Arsenal"ın məşqçisi Mikel Arteta cinah mövqeyi üçün yüksək səviyyəli oyunçunun transferini tələb edib. Bildirilir ki, “Arsenal” futbolçu üçün 87 milyon büdcə ayırıb. İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Niko Uilyams komandasının bu mövsüm zəif çıxışından narazı olduğu üçün klubdan getmək istəyir. Məlumata görə, ötən mövsüm Niko Uilyamsın sərbəst qalma məbləği 51 milyon avro olub. Bu mövsüm isə bu rəqəm 87 milyon avroya yüksəlib.