EN

Qazaxıstan və Səudiyyə Ərəbistanı mühüm sazişlər imzalayıb

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevin Səudiyyə Ərəbistanına rəsmi səfərinin yekunlarına əsasən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin iki ölkə arasında Koordinasiya Şurasının yaradılması barədə hökumətlərarası sazişlər imzalanıb.

Hafta.az Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfərin əsas hadisəsi Krallığın xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səud ilə keçirilmiş danışıqlar olub.

Tərəflər Qazaxıstan–Səudiyyə Ərəbistanı tərəfdaşlığının mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək siyasi dialoqun möhkəmləndirilməsinə, iqtisadi-ticari və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetiriblər.

“Qazaxıstan Səudiyyə Ərəbistanını Yaxın Şərqdə və ərəb dünyasında yaxın və etibarlı tərəfdaş kimi qiymətləndirir. Ölkələrimizi məzmunlu siyasi dialoq, yüksək etimad səviyyəsi və qlobal və regional çağırışların bir çox istiqaməti üzrə mövqelərin yaxınlığı birləşdirir”, - deyə Y.Koşerbayev deyib.

BMT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, həmçinin OPEC+ formatı da daxil olmaqla beynəlxalq platformalarda səylərin koordinasiyasının vacibliyi vurğulanıb.

Astana energetika, infrastruktur, aqrar-sənaye kompleksi və “yaşıl” iqtisadiyyat da daxil olmaqla prioritet sahələrdə Səudiyyə kapitalının iştirakının genişləndirilməsində maraqlı olduğunu bildirib.

Qazaxıstanın xarici işlər naziri, həmçinin Krallığın energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud, investisiyalar naziri Fəhad Al-Saif və “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan ilə görüşlər keçirib.

Chosen
7
2
hafta.az

3Sources