Oxumeni.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ-ın tələbi ilə İsveçdə Rusiya vətəndaşı həbs edilib
İsveç Təhlükəsizlik Xidməti ABŞ-ın beynəlxalq axtarış siyahısına salınmış Rusiya vətəndaşını saxlayıb. Kişi bir neçə aydır ki, həbsdədir. Təhlükəsizlik agentliyinin məlumatına görə, Vaşinqton onun ekstradisiyasını tələb edir.
"İş beynəlxalq həbs orderi ilə bağlıdır. Təhlükəsizlik xidməti cinayətin araşdırılmasında başqa bir ölkəyə kömək etdiyi üçün təfərrüatlara girə bilmərik", - Təhlükəsizlik Xidmətinin sözçüsü Conatan Svensson İsveç televiziya kanalına bildirib.
Milli Təhlükəsizlik Agentliyinin baş prokuroru Lars Hedvall ədliyyə naziri Qunnar Strömmerin işə qarışdığını və İsveç hakimiyyətinin saxlanılan şəxsin ekstradisiyası ilə bağlı danışıqlar apardığını bildirib. Prokuror son qərarı hökumətin verəcəyini izah edib.
ABŞ hakimiyyəti Rusiya vətəndaşını ciddi sanksiya pozuntularında ittiham edir. Müstəntiqlər onun 2022-2023-cü illər arasında sanksiyalardan yayındığına inanırlar. Rusiya vətəndaşı ötən yay ABŞ məhkəməsi qiyabi həbs orderi verdikdən sonra beynəlxalq axtarış siyahısına salınıb.
Rusiya vətəndaşı dekabrın sonlarında həbs edilib. İsveç hüquq-mühafizə orqanları ABŞ istintaqının məxfiliyini əsas gətirərək ittihamların təfərrüatlarını açıqlamır.
Əziz MUSTAFA
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.