EN

“ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək” -Vens

“Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını almağı prioritet hesab edir. Çünki Tehranın nüvə bombası əldə etməsi regionda nəzarətsiz silahlanma yarışına səbəb olacaq”. 

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı deyib. 

"ABŞ-ın müəyyən qırmızı xətləri var. Burada əsas marağımız İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Biz nüvə silahının yayılmasını istəmirik. Əgər İran nüvə silahı əldə edərsə, onlardan sonra bəziləri dost, bəziləri o qədər də dost olmayan nüvə silahı əldə etmək istəyən çoxsaylı tərəflər olacaq. Bu, ABŞ xalqı üçün fəlakətli olardı", - Vens deyib.

Chosen
82
4
redaktor.az

5Sources