EN

Rusiyada prokuror Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbərinə23 İL HƏBS CƏZASI İSTƏDİ

Rusiyanın Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski üçün dövlət ittihamçısı 23 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ş.Şıxlinski iş adamlarına qarşı qətl və qəsdən adam öldürməyə cəhd cinayətlərində ittiham olunur.

 

Şahin Şıxlinski ilə yanaşı, Səfərov qardaşları və Şücaəddin Rəcəbov da mühakimə olunur. Dövlət ittihamçısı Akif Səfərovun 23, Ayaz Səfərovun 22, Kamal Səfərovun 18, Bəkir və Məzahir Səfərovların hər birinin 13, Şücaəddin Rəcəbovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Chosen
21
1
senzor.az

8Sources