EN

Türkmən xalqının milli lideri ABŞ-a gedib

Türkmən xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ABŞ-a səfəri başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, səfər Türkmənistan və ABŞ arasında ikitərəfli tərəfdaşlıq tarixində yeni səhifə açacaq.

 

"Türkmən xalqının milli liderinin ABŞ-a səfəri iki ölkə arasında konstruktiv dövlətlərarası münasibətlərin yüksələn xətlə inkişafı üçün geniş perspektivlər açacaq", - məlumatda bildirilib.

Chosen
13
5
senzor.az

6Sources