Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilkpartiyaları keçirilib.
Trend xəbər verirki, yarımfinalda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasınınvitse-prezidenti Yaqub Hüseynov edib.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov – Aydın Süleymanlı vəMəhəmməd Muradlı – Read Səmədov partiyalarında heç-heçə qeydəalınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva Gülnar Məmmədovanıməğlub edib. Digər görüşdə isə Ayan Allahverdiyeva iki dəfə qaydapozuntusuna yol verdiyinə görə Türkan Məmmədyarova qalib elanolunub.
Sabah Azərbaycan çempionatında cavab oyunları keçiriləcək.