EN

"Politico": Avropalıların yarısından çoxu demokratiyadan narazıdır

Avropa vətəndaşlarının 50 %-dən çoxu demokratiyanın işləmə mexanizmindən narazı, hər beş nəfərdən biri isə artıq Avropada diktaturaya razıdır.

"Report"un məlumatına görə, bu barədə Avropanın "Politico" nəşri Aİ-nin dörd ölkəsində və Böyük Britaniyada keçirilmiş "AboutPeople" ictimai rəy sorğusuna istinadən yazıb.

Sorğunun nəticələrinə görə, "Avropa demokratiyasının işindən narazı olan, lakin, eyni zamanda, demokratik idarəetmə formasını dəstəkləyənlər" Yunanıstanda respondentlərin 76 %-ni, Fransada 68 %-ni, Rumıniyada 66 %-ni, Böyük Britaniyada 42 %-ni, İsveçdə isə 32 %-ni təşkil edib.

Orta hesabla bütün respondentlərin 22 %-i onlar üçün "diktaturanın demokratiyadan daha üstün olduğunu" bildirib. Dörddə birdən çoxu - 26 %-i isə ölkələrində ortaya çıxacağı təqdirdə, "bacarıqlı və effektiv" liderə müvəqqəti diktatorluq səlahiyyətləri verməyə hazır olduqlarını bəyan edib. Bununla onlar həmin liderin "demokratik hüquq və azadlıqları məhdudlaşdıra biləcəyini, həmçinin öz hərəkətlərinə görə əhali qarşısında hesabatlı olmayacağını" nəzərdə tuturlar.

Avropa cəmiyyətinin hansı institutlarına daha çox etibar etdikləri barədə suala cavab olaraq sorğu iştirakçılarının 43 %-i Aİ-nin Brüsseldəki institutlarına, 27 %-i rəsmi mediaya, 24 %-i isə siyasi partiyalara etimad göstərdiklərini bildiriblər.

Chosen
70
far.az

1Sources