EN

Peru prezidenti vəzifədən uzaqlaşdırılır: Parlament səs verdi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Peru parlamenti prezident vəzifəsindən uzaqlaşdırmaq üçün Xose Xeri barəsində etimadsızlıq rəyinin verilməsini təsdiqləyib.

Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Səsvermənin nəticələrinə əsasən, Konqresin sədri və eyni zamanda prezident səlahiyyətlərini icra edən Xose Xeri barəsində etimadsızlıq votumu təsdiqlənib.

Parlament fevralın 18-də yeni sədrin seçilməsi üçün iclas keçirəcək. Həmin şəxs vəzifədən uzaqlaşdırılan Xerinin yerinə dövlət başçısı postunu tutacaq.

Xose Xeri 2025-ci ilin oktyabrında parlament sədri olduğu vaxt prezident vəzifəsini tutub. Buna səbəb Konqresin sabiq dövlət başçısı Dina Boluarte barəsində impiçment qərarı qəbul etməsi olub.

Xeri son 10 ildə Perunun səkkizinci prezidenti olub. Növbəti prezident seçkisinin aprelin 12-də keçirilməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
oxu.az

1Sources