EN

Pişik saxlayanlar diqqətli olsun Altsheymer riski var

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Altsheymer xəstəliyinin yaranma səbəbləri ilə bağlı elm dünyasında yeni və ciddi bir fərziyyə irəli sürülüb. İsrail mütəxəssislərinin apardığı araşdırmalar bu ağır xəstəliyin infeksion və iltihab mənşəli ola biləcəyini göstərir. Tədqiqat nəticəsində məlum olub ki, bəzi parazitlər və viruslar beyindəki neyronların məhvini sürətləndirən əsas amillərdir.Demokrat.az xəbər verir ki, alimlər 27 mindən çox pasiyentin tibbi məlumatlarını 10 illik zaman kəsiyində analiz ediblər. Məlum olub ki, pişiklərdən insanlara keçən toksoplazma paraziti və herpes virusu beyində gizli şəkildə qalaraq xroniki iltihab yaradır. Maraqlı məqam odur ki, toksoplazmaya qarşı preparat qəbul edən və herpesə qarşı peyvənd olunan şəxslərdə Altsheymer xəstəliyinə tutulma riski 60 faiz azalıb. Bu nəticələr ABŞ-nin 120 milyonluq nəhəng tibbi bazası tərəfindən də təsdiqlənib.Tədqiqatçılar bu prosesin mexanizmini belə izah edirlər ki, yaş artdıqca immunitet zəifləyir və orqanizmdə "yatan" herpes virusu aktivləşir. Bu aktivləşmə immuniteti yayındırır və nəticədə beyindəki toksoplazma paraziti hücuma keçir. Bu zəncirvari reaksiya beyin hüceyrələrinin ölümünə və yaddaş itkisinə yol açan prosesləri tətikləyir. Hazırda elm adamları bu əlaqənin tam sübutu üçün klinik sınaqları davam etdirməyi planlaşdırırlar.Bu kəşf gələcəkdə Altsheymer xəstəliyinin qarşısını almaq üçün yeni müalicə üsullarının tapılmasına ümid verir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
demokrat.az

1Sources