EN

Zelenskidən qəti cavab: Ukrayna hansı sövdələşməyə getməyəcək?

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Ukrayna xalqı Rusiyanın bütün Donbas üzərində nəzarəti ələ keçirməsini nəzərdə tutan sülh sazişi ilə razılaşmayacaq".

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Axios" nəşrinə müsahibəsində bildirib.

V.Zelenskinin sözlərinə görə, rəsmi Kiyev və Vaşinqton istənilən razılaşmanın Ukraynada referenduma çıxarılması barədə razılığa gəliblər. Dövlət başçısı hesab edir ki, əgər sövdələşmə Ukrayna hərbçilərinin Donetsk vilayətindən çıxarılmasını nəzərdə tutarsa, belə bir sənəd referendumdan keçməyəcək.

"İnsanlar emosional olaraq bunu heç vaxt bağışlamazlar. Heç vaxt. Onlar nə məni, nə də ABŞ-ni bağışlayarlar", - deyə Zelenski qeyd edib. O bildirib ki, ukraynalılar onlardan niyə əlavə ərazi güzəştlərinin tələb olunduğunu "başa düşmürlər".

Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, əgər saziş Donbasdakı mövcud cəbhə xəttini təsbit edərsə, ukraynalılar bunu qəbul edəcəklər.

"Düşünürəm ki, əgər sənəddə təmas xəttində olduğumuz yerdə qalacağımızı yazsaq, insanlar bunu referendumda dəstəkləyəcəklər. Bu, mənim fikrimdir", - deyə Ukrayna prezidenti bildirib.

Xatırladaq ki, Ukrayna, Rusiya və ABŞ ötən aydan etibarən sülh danışıqlarını davam etdirirlər. İlk iki raund Əbu-Dabidə baş tutub. Üçüncü raund isə fevralın 17-də başlayıb və fevralın 18-də Cenevrədə davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
oxu.az

1Sources