Katolikos II Qareginin qardaşı Qevork Nersisyan və onun oğlu Ambarsum Nersisyan ev dustaqlığına buraxılıb.Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Qevork Nersisyan və Ambarsum Nersisyan barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilib, onlar bir milyon dram girov müqabilində 3 aylıq ev dustaqlığına buraxılıblar.
Qevork Nersisyan və Ambarsum Nersisyan noyabrın 3-də həbs olunublar. Onlar Vaqarşapatdakı seçkilərdə Qərbyönümlü Respublika Partiyasının seçki kampaniyasına maneçilik göstərməkdə ittiham olunurlar.