EN

Bakı-Qazax yolunda faciə -

Hacıqabulda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, KİA markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində birincinin sürücüsü, Hacıqabul rayonunun Navahı kənd sakini, 1989-cu il təvəllüdlü Zülfüqarov Ağaşirin Həmzə oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
62
2
metbuat.az

10Sources