EN

“Benfika” “Real Madrid”ə qarşı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən diqqətçəkən qarşılaşmalarından biri Portuqaliyada baş tutur. Turnirin son çempionu “Real Madrid” liqa mərhələsindəki sensasiyalı məğlubiyyətin qisasını almaq üçün “Benfika”nın qonağı olur.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Lissabonun “Estadio da Luz” stadionunda keçiriləcək bu görüş iki komanda arasında qısa müddətdə baş tutan ikinci böyük sınaqdır.

Belə ki, yanvarın 28-də keçirilən liqa mərhələsinin son turunda “Benfika” Joze Mourinyonun rəhbərliyi altında “Real”ı 4:2 hesabı ilə məğlub edərək pley-offa yüksəlmişdi.

Xatırladaq ki, fransalı hakim Fransua Leteksiyenin idarə edəcəyi matçın cavab görüşü martın 11-də Madriddə keçiriləcək.

Chosen
50
1
redaktor.az

3Sources