Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Türk futbolunun qüruru “Qalatasaray” bir qədər əvvəl başa çatan oyunda dünya nəhəngi “Yuventus”u darmadağın etdi. “Cim-Bom” artıq 16-cı dəqiqədə hesabı açsa da, turinlilər Koopmeynersin dublu sayəsində fasiləyə öndə yollandı. 2-ci hissədə isə artıq “Qalatasaray” fırtına kimi əsdi. Düzdü, “Yuve”nin darmadağınında oyunu hədsiz fəal keçirən Barış Alpər Yılmaza qarşı kobudluğa görə qısa zaman kəsiyində iki sarı vərəqə alan Kabalın 67-ci dəqiqədə meydandan qovulması da böyük rol oynadı. Bundan sonra daha iki qol vuran meydan sahibləri fərqi darmadağın həddinə çatdırdı – 5:2. Bu komandalar arasındakı cavab oyunufevralın 25-də keçiriləcək. “Qalatasaray” güclü rəqibi darmadağın etməklə həm də sabah “Nyukasl”a qarşı oynayacaq “Qarabağ”a cəsarət örnəyi göstərdi!
Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya) 5:2
Sara, 15. Lanq, 49; 75. Sançes, 60. Boe, 86 – Koopmeyners, 16; 32.
Bakı vaxtı ilə gecə saat 00.00-da isə “Monako” – PSJ, “Benfika” – “Real”, “Borussiya” – “Atalanta” oyunları başlayacaq.