Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Qalatasaray"ın gənc istedadı Çağrı Baltanın klubla müqaviləni yeniləmək üçün irəli sürdüyü tələblər Floryada ciddi müzakirələrə səbəb olub.
Fanat.Az xəbər verir ki, adı "Fənərbağça" ilə hallanan gənc futbolçu yeni müqavilə üçün 6 matçda 90 dəqiqə oynama zəmanəti və bu şərt yerinə yetirilməzsə, "sərbəst qalma" maddəsinin əlavə edilməsini istəyib.
Türkiyəli jurnalist Haluk Yüreklinin iddiasına görə, "sarı-qırmızılı" rəhbərlik bu ağır şərtləri dərhal rədd edərək futbolçuya öz qəti mövqeyini bildirib. Gənc istedadın 18 yaşı tamam olan gün komandadan ayrılma ehtimalı "Cimbom" camiasında böyük şok yaradıb.
Hazırda gərginləşən danışıqlar fonunda əzəli rəqib "Fənərbağça"nın prosesi yaxından izlədiyi və futbolçunu heyətinə qatmaq üçün fürsət gözlədiyi vurğulanır.
Kamil Xudiyev
AbunÉ™ Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.