EN

Aİ Şurası səkkiz üzv dövlətin SAFE proqram planlarını təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ Şurası səkkiz üzv dövlətin SAFE proqram planlarını təsdiqləyib.

Banco.azxəbər verir ki, Avropa İttifaqı Şurası 150 milyard avro həcmində olan “Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE)” adlı birgə müdafiə maliyyələşdirmə proqramı çərçivəsində İtaliya, Polşa və Yunanıstan da daxil olmaqla daha səkkiz üzv ölkənin milli müdafiə planlarının təsdiqləndiyini və həmin ölkələrin bu maliyyələşmədən pay alacağını açıqlayıb.

Şura sosial şəbəkələrdə yaydığı məlumatda Estoniya, Yunanıstan, İtaliya, Latviya, Bolqarıstan, Polşa, Slovakiya və Finlandiyanın milli müdafiə proqramlarının qəbul edildiyini bildirib. Açıqlamada qeyd olunub ki, adıçəkilən ölkələr SAFE proqramı çərçivəsində onlara ayrılmış maliyyə vəsaitinə çıxış əldə edəcəklər.

Vurğulanıb ki, SAFE proqramı üzv ölkələrin müasir müdafiə avadanlıqları ilə təmin olunmasına və Avropa İttifaqının müdafiə hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Avropa İttifaqına üzv olan 19 ölkə 1 dekabr 2025-ci il tarixində SAFE proqramı çərçivəsində hazırladıqları milli müdafiə planlarını Avropa Komissiyasına təqdim etmişdi. Komissiya 15 yanvar tarixində Belçika, Bolqarıstan, Danimarka, İspaniya, Xorvatiya, Cənubi Kipr Yunan Administrasiyası, Portuqaliya və Rumıniyanın, 26 yanvar tarixində isə Estoniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Polşa, Slovakiya və Finlandiyanın planlarını təsdiqləmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
28
banco.az

1Sources