EN

"Barselona"dan ayrılacaq futbolçuların adları bilindi

"Milan" "Barselona"nın futbolçusu Gerard Martinin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İtaliya nəhəngi futbolçunu mövsümün sonunda transfer etmək istəyir. İtaliya mətbuatında yer alan xəbərlərə görə, "Milan"ın müdafiə üçün nəzərdən keçirdiyi adlar arasında "Real Madrid"in gənclər akademiyasında futbola başlayan Viktor Valdepenas da var.

Məlumata görə, “Barselona” Gerard Martinin ayrılmasına razılıq verə bilər. Bildirilir ki, "Barselona" mövsümün sonunda həm heyətini əhəmiyyətli oyunçularla gücləndirməyi, həm də bəzi oyunçularla yollarını ayırmağı planlaşdırır. Robert Levandovski və Mark Kasado kimi oyunçuların ayrılacağı barədə iddialar dərc edilib.

Chosen
35
metbuat.az

1Sources