EN

Şagirdlərin nəzərinə: iqtisadiyyat müsabiqəsinə qeydiyyat başlanıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) dəstəyi, İqtisadi və Sosial İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçiriləcək iqtisadiyyat müsabiqəsi üzrə qeydiyyat mərhələsinə start verilib.

MÜTDA-dan AZƏRTAC-a bildirilib ki, yarış Azərbaycan, rus və ingilis dillərində təşkil olunur. Layihə çərçivəsində şagirdlərin iqtisadi anlayışlar və mexanizmlər üzrə biliklərinin möhkəmləndirilməsi, qərarvermə bacarıqlarının formalaşdırılması hədəflənir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər fevralın 28-nə qədər qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında iqtisadi savadlılığın artırılması, iqtisadi biliklərin genişləndirilməsi, analitik düşüncə və praktik bacarıqların inkişaf etdirilməsidir.

Müsabiqəyə hazırlıq üçün materiallarla buradan tanış ola bilərsiniz.

Chosen
34
3
yeniazerbaycan.com

4Sources