Müğənni Mətanət Əsədova səhhətində yaranan problemdən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə ifaçı “Qonaqcanlı”da danışıb.
“Uşaqlıqdan fikir edən olmuşam. Başıma gəlməyən müsibət qalmadı. Ürəyimlə ciyərimin ortasında böyük bir şiş yarandı, səsimi batırdı. Həkim dedi ki, “belə şey görməmişdik”.
Çox fikir edirəm, çox həssasam. Deyirəm, qəfil nəsə xəbər olanda mənə deməyin, çünki tək yaşayıram, tək insanam”, - deyə, M. Əsədova qeyd edib.
Sara, Bizim.Media