EN

Makron həyat yoldaşından "qisas aldı" -VİDEO

Fransa Prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricitin münasibətləri yenə gündəm olub.

Redaktor.az news.ru saytına istinadən xəbər verir ki, sosial şəbəkələrdə Makron cütlüyünün yeni videosu yayılıb.

Görüntülərdə Bricit Makronun təyyarənin trapı qarşısında narahatlıqla vurnuxaraq həyat yoldaşını gözləməsi əksini tapıb. Fransa prezidentinin xanımının intizarına rəğmən, əri göyərtədən çıxmağa tələsməyib.

Bir qədər sonra Emmanuel Makron, nəhayət, arvadına əlini uzatmaq qərarına gəlib.

Cütlüyün təyyarədə yenidən mübahisə etdikləri ehtimal olunur. Yerli mətbuat qeyd edir ki, Emmanuel Makron bu şəkildə həyat yoldaşından həmin o məşhur şillənin və ya eniş zamanı əlini tutmaqdan imtina etdiyi hadisənin əvəzini çıxıb.

Chosen
33
2
redaktor.az

3Sources