1-ci sinif şagirdi yüksək nəticə göstərdi -
20 nömrəli məktəb liseyin 1-ci sinif şagirdi Əli Bədəlov "İlkin diaqnostik qiymətləndirmə" imtahanında yüksək nəticə göstərən şagirdlər arasındadır. Metbuat.az xəbər verir ki, 7 yaşlı Əli imtahandan 665 bal əldə etdiyi üçün qızıl sertifikata layiq görülüb. O, həmçinin "ilin ilk qalibi" imtahanında da yaşıdları arasında ən yüksək (700 bal) nəticəyə imza atıb.