EN

İspaniya "X", "Meta" və "TikTok" platformalarına qarşı araşdırmalara başlayacaq

"İspaniya hökuməti "X", "Meta" və "TikTok" platformaları ilə bağlı araşdırmanın başlanması üçün Baş Prokurorluğa müraciət etmək niyyətindədir".

Moderator.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Nazirlər Şurasının iclasından əvvəl bəyan edib.

Onun sözlərinə görə, bu iclasda süni intellektdən istifadə edilərək uşaq pornoqrafiyasının yaradılması və sosial şəbəkələr vasitəsilə yayılması ehtimalı ilə bağlı ölkənin Baş Prokurorluğa müraciət edilməsi qərarı veriləcək. Sançes bildirib ki, Baş Prokurorluğun nizamnaməsi hökumətə ictimai maraqların qorunması üçün məhkəmə prosesinə başlanması ilə bağlı müraciət etmək imkanı verir.

İspaniya baş nazirinin fikrincə, bu platformalar uşaqların əqli sağlamlığını, ləyaqətini və hüquqlarını təhdid edir:

"Dövlət buna icazə verə bilməz. Bu nəhənglərin cəzasızlığına son qoyulmalıdır", - deyə Pedro Sançes qeyd edib.

Qeyd edək ki, fevralın əvvəlində İspaniya hökuməti 16 yaşından kiçik şəxslərin sosial şəbəkələrə çıxışını qadağan etmək planlarını açıqlamışdı.

Chosen
28
1
moderator.az

2Sources