EN

Aİ Polşanın silahlanmasına milyardlarla avro ayırıb

Fevralın 17-də, çərşənbə axşamı günü Aİ üzv dövlətləri nəhayət ki, Polşanın SAFE müdafiə proqramı çərçivəsində investisiya planını təsdiqləyib. Siyahıya 139 layihə daxildir.

AZƏRTAC xəbər verir ki, Polşa ümumilikdə 43,7 milyard avro güzəştli kredit alacaq. PAP xəbər agentliyinin məlumatına görə, bu qərar Aİ-nin Polşa planının təsdiqi prosesini tamamlayır.

Çərşənbə axşamı günü Estoniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Slovakiya və Finlandiya üçün planlar da təsdiqlənib.

SAFE-də cəmi 19 üzv dövlət iştirak edir. Bu proqram, əsasən, Avropada istehsal olunan hərbi texnikanın alınması üçün ümumilikdə 150 milyard avro güzəştli kredit təmin edir. Onun məqsədi Aİ üzv dövlətlərinə müdafiə qabiliyyətlərini gücləndirmək və Amerika silahlarından asılılığı azaltmaq prosesində dəstək olmaqdır.

3Sources