EN

Əraqçı: "İran və ABŞ bəzi məsələlər üzrə razılığa gəliblər"

"İran və ABŞ bəzi məsələlər üzrə qarşılıqlı anlaşma əldə ediblər ki, bu razılaşmalar Tehranın nüvə proqramına dair gələcək sazişin layihəsinə daxil edilə bilər".

Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı dövlət telekanalının efirində bəyan edib.

"Müxtəlif ideyalar irəli sürüldü və ciddi şəkildə müzakirə olundu. Nəticədə biz gələcəkdə əsaslanacağımız və mümkün sazişin mətninə daxil ediləcək bir sıra rəhbər prinsiplər üzrə ümumi razılığa gələ bildik", - deyə o, dövlət telekanalının efirində bəyan edib.

Əraqçı əlavə edib ki, İran və ABŞ Tehran və Vaşinqtonda keçiriləcək məsləhətləşmələrdən və hər iki tərəfin gələcək saziş üzrə təkliflər hazırlamasından sonra danışıqların növbəti raundunun tarixini elan edəcəklər:

"Konkret tarix müəyyən edilməyib. Qərara alınıb ki, hər iki tərəf mümkün sazişin mətnləri üzərində işləyəcək, daha sonra biz bu mətnləri mübadilə edəcəyik və bundan sonra artıq üçüncü raundun tarixini müzakirə edəcəyik".

Chosen
51
moderator.az

1Sources