EN

Moskvada dünyasını dəyişən azərbaycanlı ər-arvadın şəxsiyyəti məlum olub

Moskvada ölü tapılan azərbaycanlı ər-arvadın kimliyi açıqlanıb. 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kəndində anadan olub.

KONKRET.az xəbər verir ki, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova Rusiya vətəndaşı olub.

Məlumata görə, Vasif Nağıyev əvvəllər Ucar rayonunda yerləşən banket zalında çalışıb. Lakin təxminən 10 il əvvəl Rusiyaya işləmək məqsədilə gedib. Onun cəsədinin bu gecə Ucar rayonuna gətiriləcəyi bildirilir.

Hazırda hadisənin bütün hallarını Rusiya İstintaq Komitəsi araşdırır.

Qeyd edək ki, mərhum cütlüyün üç azyaşlı övladı qalıb.

Natiq Səlim,
KONKRET.az

Chosen
110
1
konkret.az

2Sources