İngiltərə Premyer Liqasında Ramazan ayı ilə əlaqədar xüsusi qərar qəbul edilib.
QOL.az "BBC"yə istinadən xəbər verir ki, müsəlman futbolçuların oruclarını aça bilməsi üçün matçlarda qısa fasilələr veriləcək.
Yeni qaydaya əsasən, oyunlardan əvvəl hakimlər oruc tutan futbolçuların siyahısını dəqiqləşdirəcəklər. İftar vaxtı çatdıqda isə oyunun təbii dayanma anında qapıdan zərbə, cərimə zərbəsi zamanı hakim matçı saxlayacaq.
Qeyd edək ki, bu fasilə komandalar üçün taktiki göstəriş və ya adi su molası xarakteri daşımayacaq. Tərəflər və hakimlər dayanma vaxtını əvvəlcədən planlaşdıracaqlar.
Xatırladaq ki, İngiltərə Futbol Liqası bu təcrübəni ilk dəfə 2021-ci ildə tətbiq edib. Premyer Liqa rəhbərliyi bu müsbət ənənəni davam etdirmək niyyətindədir.