EN

Pakistanda təhlükəsizlik postuna hücum: 12 silahlı, 11 hərbçi həlak olub

Pakistanın Xayber Paxtunxva vilayətinin Bajaur dairəsində təhlükəsizlik postuna edilən terror hücumunda 12 silahlı və 11 təhlükəsizlik əməkdaşı həlak olub.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, hücum edənlər postu keçməyə çalışsa da, təhlükəsizlik qüvvələri onları məhv edib.

Partlayıcı yüklü avtomobilin partlaması nəticəsində postun bir hissəsi dağılıb, yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib.

Hazırda təhlükəsizlik qüvvələri bölgədə qalan silahlıları zərərsizləşdirmək üçün əməliyyat aparır.

Chosen
47
5
yeniazerbaycan.com

6Sources