Braziliyalı müdafiəçi Tiaqo Silvanın oğlu Yaqo Silva İngiltərənin U-15 millisində debüt edib.
İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçu Kiprə qarşı keçirilən oyunda meydana çıxıb. Görüş İngiltərənin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
2020-ci ildən İngiltərədə yaşayan Yaqonun atası Braziliya millisində 113 oyun keçirib, 7 qol vurub. Tiaqo Silva isə hazırda “Portu”da mövsümün sonunadək icarə əsasında çıxış edir.