EN

İran XİN rəhbəri: Növbəti görüşün vaxtı müzakirələrdən sonra açıqlanacaq

BAKI, 17 fevral. TELEQRAF

İran və ABŞ növbəti danışıqlar mərhələsinin tarixini məsləhətləşmələr və qarşılıqlı təkliflərin hazırlanmasından sonra açıqlayacaq.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda konkret tarix müəyyən edilməyib.

Nazir bildirib ki, tərəflər mümkün razılaşmanın mətnləri üzərində işləyəcək, daha sonra bu sənədləri mübadilə edəcək və üçüncü raundun vaxtını müzakirə edəcəklər.

Chosen
13
1
teleqraf.com

2Sources