EN

Ukrayna Rusiya və Avropanın ən böyük metanol zavodlarından birinə zərbə endirib

Apa.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna dronları bu gecə Perm diyarında iri kimya zavoduna zərbə endirib.

APA xəbər verir ki, bu barədə “RBC-Ukraine” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Regionun rəhbəri Dmitriy Maxonin hadisəni öz “Telegram” kanalında təsdiq edib, yerli əhalidən heç kəsin xəsarət almadığını bildirib.

Məlumata görə, dronların hədəfi “Metafrax Chemicals” zavodu olub.

Bildirilir ki, hücuma məruz qalan zavod Rusiya hərbi sənayesinin obyektidir və partlayıcı maddələr və digər hərbi təyinatlı materialların komponentlərini istehsal edir. Hadisə yerində olan şahidlər zavod ərazisində ən azı altı partlayışın baş verdiyini və işçilərin təxliyə olunduğunu bildiriblər. İlkin məlumatlara görə, zərbə metanol istehsalı sexinə endirilib.

“Metafrax Chemicals” zavodu Perm bölgəsində Ukrayna ilə sərhəddən 1600 km-dən çox məsafədə yerləşir. “Metafrax Chemicals” Rusiya Federasiyasının və Avropanın metanol istehsal edən ən böyük zavodlarından biridir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
9
apa.az

10Sources