Birinci Qarabağ müharibəsində itkin düşən Cəlilabaddan olan şəhidin nəşi tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayonundan olan, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş şəhid Mahir Quliyevin nəşi aşkarlanıb.
Şəhid Mahir Quliyevin dəfn mərasiminin 19 fevral tarixində keçirilməsi planlaşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.