EN

Azərbaycan pambıq lifi ixracından gəlirini 35 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan 11 milyon 441 min ABŞ dolları dəyərində 8 min 787 ton pambıq lifi (mahlıc) ixrac edib.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2 milyon 156 min (23,2 % ), həcm baxımından isə 2 min 255 ton (34,5 %) çoxdur.

Hesabat dövründə pambıq lifinin ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Fatimə Bağırova

Chosen
14
2
far.az

3Sources