EN

Data analitikası ixtisası bakalavr pilləsində də yaradılmalıdır AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib ki, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə süni intellekt ixtisası üzrə peşəkarlıq artırılmalıdır.

Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, artıq 2026-2027-ci tədris ilindən etibarən təsnifata yeni əlavə edilmiş “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə də kadr hazırlığı həyata keçiriləcəkdir.

Mövzu ilə Bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, prezidentin müvafiq tapşırığı əsasında bundan öncə Süni Zəka Mərkəzi yaradıldı. Eyni zamanda, sonuncu müşavirə zamanı tədris proqramında süni zəka ilə əlaqədar müəyyən dəyişikliklərin edilməsi və tədris prosesində məhz süni zəkanın tətbiqi istiqamətində tapşırıqlar da verildi:

"Düşünürük ki, əlbəttə, fəaliyyət planı təsdiq olunduqdan sonra artıq növbəti tədris ilindən etibarən bu istiqamətdə mühüm addımlar atılacaq. Qaldı ki, ali təhsil müəssisələrində bu əsasda ixtisaslaşmanın və yaxud da yeni ixtisasların yaradılmasına, bilirsiniz ki, hazırda bizdə magistratura pilləsində süni intellekt ixtisası var və düşünürəm ki, həmin ixtisas artıq bakalavr pilləsi üçün də yaradılmalıdır. Yəni süni intellekt ixtisası üzrə bakalavr pilləsinə qəbul həyata keçirilməlidir. Əlavə ixtisaslara gəldikdə isə, ötən il, bildiyiniz kimi, data analitikası ixtisası yaradıldı və düşüncəmiz ondan ibarətdir ki, artıq bu yönümlü ixtisas da bakalavr pilləsində yaradılmalıdır. Necə ki, magistratura pilləsində bu ixtisas var, bakalavr pilləsində də yaradılmalıdır. Mövcud ixtisasların plan yerlərində müəyyən qədər artımın olması da, düşünürəm ki, ümumi qarşıya qoyulan məqsədə çatmaq üçün ən optimal yoldur. Biz, dünyanın digər ölkələrində olduğu kimi, əlbəttə, çalışmalıyıq ki, süni zəka istiqamətində kadr hazırlığını həyata keçirək və qarşıdakı illərdə məhz süni zəka əsaslı proqram və platformaları müvafiq strukturlarda tətbiq edə bilək. Burada təkcə təhsil sahəsi deyil, eyni zamanda sosial-iqtisadi, humanitar və digər istiqamətlərdə də süni zəkanın yaratdığı imkanlardan istifadə etmək, düşünürəm ki, məqsədəuyğundur".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
1
redaktor.az

2Sources