EN

Qırğızıstan prezidenti nə qədər vəzifədə qalacaq? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qırğızıstan prezidenti Sadır Japarovun vəzifədə qalacağı müddətlə bağlı məsələ Konstitusiya Məhkəməsində araşdırılıb.

KONKRET.az xəbər verir ki, dövlət başçısının səlahiyyət müddətinin nə vaxt başa çatacağı ilə bağlı sorğunu məhz prezident özü təqdim edib. Müraciət əsasında işə baxan Qırğızıstan Konstitusiya Məhkəməsi qərar verib ki, Sadır Japarovun prezidentlik müddəti 2027-ci ilin yanvarında başa çatacaq.

Xatırladaq ki, Japarov 2021-ci ilin yanvarında keçirilən seçkilərdə 5 illik müddətə prezident seçilmişdi. Lakin daha sonra ümumxalq referendumu nəticəsində Konstitusiyaya dəyişiklik edilərək prezidentlik müddəti 6 ilə qədər artırılıb.

Məhkəmə qərarında bildirilib ki, Konstitusiyaya edilən bu dəyişiklik hazırkı prezidentə də şamil olunur və onun səlahiyyət müddəti yeni qaydalara uyğun hesablanmalıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
81
1
konkret.az

2Sources