Səhərlər ağızdan gələn xoşagəlməz qoxu bir neçə səbəbdən yarana bilər.
Azreform.info "Infobae" nəşrinə istinadla xəbər verir ki, bu barədə Klivlend Klinikasının stomatoloqu Denis Stepka danışıb.
Onun sözlərinə görə, yuxudan oyandıqdan sonra yaranan pis qoxu ağız quruluğu ilə əlaqəli ola bilər. Həkim izah edib ki, bu hal adətən siqaret çəkmə, gecə vaxtı ağızla nəfəs alma və bəzi dərmanların qəbulu səbəbindən yaranır. Bundan əlavə, yaş artdıqca da ağız quruluğu müşahidə oluna bilər.
Stomatoloq əlavə edib ki, səhərlər ağız qoxusu ilə mədə yanması, şəkərli diabet, qaraciyər və böyrək xəstəlikləri, kariyes və parodontitdən əziyyət çəkən insanlar da qarşılaşa bilərlər.
O, problemin digər səbəbləri kimi diş protezləri və breketlərdən istifadəni, bir gün əvvəl soğan, qəhvə, spirtli içki və sarımsaq qəbulunu, eləcə də ağız boşluğunun gigiyenasına düzgün riayət olunmamasını göstərib.
Həmidə İbrahimova