EN

Azərbaycan oxatanları Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıblar FOTO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçirilən kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri təsnifat mərhələsini uğurla başa vurublar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.

Bildirilib ki, Məhəmmədəli Əliyev təsnifat mərhələsində 577 xal toplayaraq 20-ci yerdə qərarlaşıb və adını 1/16 finala yazdırıb.

Gənclər (U-21) kateqoriyasında çıxış edən Fatimə Hüseynli 567 xalla 12-ci olub.

Nilufər Ağaməmmədli isə 536 xal toplayaraq turniri 31-ci sırada başa vurub və beynəlxalq reytinqdəki mövqeyini qoruyub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
3
icma.az

5Sources