EN

Koxalski “Nyukasl”la oyuna çıxacaq? » AzadMedia.az


“Qarabağ”ın qapıçısı polşalı Mateuş Koxalskinin zədəsi sağalıb.

Bu barədə “Qafqazinfo”ya klubdan məlumat verilib.

Belə ki, o, bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunöncəsi son məşqinə çıxacaq. Ancaq qolkiperin sabahkı oyunda meydanda olub-olmayacağı bəlli deyil.

Qeyd edək ki, 25 yaşlı “çərçivə qoruyucusu” Misli Premyer Liqasının 20-ci turunda keçirilən “İmişli” ilə oyundan əvvəl məşqdə zədələnib. O, həmin oyunu tribunadan izləmişdi.
Chosen
9
3
azadmedia.az

4Sources