EN

Bu evlərlə bağlı YENİLİK - AÇIQLAMA

Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalarını” təsdiq edib.

 

Yeni qaydalara əsasən, vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək

 

Yeni qaydalar qeydiyyatsız evlərin sayının azalmasına təsir göstərəcəkmi? Uzun müddətdi sənədsiz yaşayan vətəndaşlar üçün əlavə güzəştlər nəzərdə tutula bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, keçmişdə sadəcə prosedur qaydaları bu qanunla tənzimlənmirdi, ümumiyyətlə prosedur yox idi. Onun sözlərinə görə, indi texniki mentallaşma şöbəsi tərəfindən bu obyektlərə baxış keçirilir:

 

“Alqı-satqıdan sonra torpağın yerləşməsi, koordinatları yoxlanılır, torpağın üzərində başqa bir mülkiyyət varsa, qeydiyyata alınır. Məqsəd reysterdə əmlakların daha düzgün yerləşməsi ilə bağlıdır. Qeydiyyatsız evlərin qeydiyyata alınması ilə bağlı hal yoxdur. Tək-tək hallarda ola bilir ki, bu kimi hallar üzə çıxsın. Əgər vətəndaş vaxtilə təyinata uyğun olan torpağın üstündə hansısa layihəni düzgün çəkib və qeydiyyatdan keçibsə, hazırda onun sənədləşmə prosesi yarımçıq qalıbsa, yalnız onlara şamil oluna bilər”.

Tarix: 17 Fevral 2026, 17:02   
Chosen
54
pravda.az

1Sources