EN

Pakistanda yenidən terror aktı törədilib: 10-dan çox ölən var 

Bu gün Pakistanın şimal-qərb bölgəsində silahlı şəxslərin həyata keçirdiyi terror hücumu nəticəsində azı 11 təhlükəsizlik qüvvəsi və bir uşaq həlak olub.

Sitat.info xəbər verir ki, bununla bağlı, Pakistan Ordusu məlumat yayıb.

Bildirilib ki, hücum zamanı partlayıcı maddələrlə doldurulmuş avtomobil hərbi nəzarət məntəqəsinə çırpılıb. Güclü partlayış nəticəsində ərazidə ciddi dağıntı baş verib.

Xatırladaq ki, dünən də Pakistanın Xeybər Paxtunxva əyalətinin Bənnu bölgəsində motosikletə yerləşdirilmiş bombanın partlaması nəticəsində iki nəfər həlak olub, 17 nəfər isə yaralanıb.

Tehran,

Sitat.info

Chosen
14
sitat.info

1Sources