EN

Premyer Liqa klubları Kloppa təklif göndərdi

Yurgen Kloppun agenti Mark Kositzke almaniyalı mütəxəssisin gələcək planlarından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Klopp “Red Bull”a qoşulmazdan əvvəl ABŞ və ya İngiltərə millisindən təklif ala bilərdi. Yulian Naqelsmann Almaniya yığmasına təyin olunmasaydı, bu variant da mümkün idi.

Klopp İngiltərədə başqa klub çalışdırmaq istəmədiyini bildirsə də, həm “Çelsi”, həm də Mançester Yunayted” tərəfindən maraq olub.

56 yaşlı mütəxəssis 2015–2024-cü illərdə “Liverpul”u çalışdırıb, komandanı Premyer Liqa çempionluğuna və üç dəfə Çempionlar Liqasının finalına çıxarıb.

Chosen
13
idmanxeber.az

1Sources