EN

Avtomobilləriniz izlənilə bilər Bu üsulla

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müasir avtomobillər bu gün təkcə nəqliyyat vasitəsi deyil, həm də potensial rəqəmsal müşahidə platformasına çevrilib.

İsrail mərkəzli kiber kəşfiyyat şirkətlərinin hazırladığı sistemlər vasitəsilə avtomobillərdən konum, rabitə və hətta salon daxilindəki səs məlumatlarının toplana bildiyi bildirilir. 

“Haaretz” qəzetinin araşdırmasına görə, bu məlumatlar təhlil edilərək birbaşa təhlükəsizlik və hərbi qurumlarla paylaşılır.

Məlumata əsasən, “CARINT” (vehicle intelligence – avtomobil kəşfiyyatı) sahəsində fəaliyyət göstərən şirkətlər avtomobillərdəki rəqəmsal sistemləri kəşfiyyat zəncirinə inteqrasiya edib. Sim kartlar, GPS sistemləri və multimedia avadanlıqları vasitəsilə toplanan məlumatlar vahid mərkəzdə birləşdirilir. Bu texnologiyalar sayəsində nəqliyyat vasitələrinin hərəkəti real vaxt rejimində izlənilə, marşrutlar və rabitə məlumatları analiz oluna bilir.

Araşdırmada İsrailin ən azı üç şirkətinin bu sahədə aktiv olduğu qeyd edilir. Onlardan biri olan Rayzone şirkətinin hazırladığı CARINT məhsulunun bir avtomobildən əldə edilən məlumatları digər mənbələrlə birləşdirərək hədəf barədə geniş kəşfiyyat məlumatı təqdim etdiyi bildirilir.

Digər şirkət – Toka – bəzi avtomobil modellərinin multimedia sistemlərinə uzaqdan daxil olmağa imkan verən texnologiya hazırlayıb. İddialara görə, sistem vasitəsilə avtomobilin konumu müəyyənləşdirilə, hərəkəti izlənilə, eləcə də “hands-free” sistemin mikrofonuna və bəzi hallarda kameralarına uzaqdan çıxış əldə edilə bilir.

Ateros və Netline şirkətlərinin hazırladığı sistemlərdə isə hətta təkər təzyiqi sensorlarından gələn məlumatların istifadə edildiyi vurğulanır. Hər təkərdəki unikal identifikatorun avtomobil üçün rəqəmsal “barmaq izi” rolunu oynadığı və bu məlumatların digər kəşfiyyat mənbələri ilə birləşdirildiyi bildirilir.

Məqalədə ABŞ-nin də oxşar təcrübəyə malik olduğu qeyd olunur. Bildirilir ki, FBI və Milli Təhlükəsizlik Agentliyi (NSA) texnologiya şirkətlərindən məlumat tələb etdiyi kimi, bəzi hallarda avtomobil istehsalçılarından da məlumat əldə edir. CARINT sahəsində fəaliyyət göstərən böyük data şirkətlərinin dövlət və hərbi qurumlara analitik dəstək verdiyi vurğulanır.

Eyni zamanda qeyd edilir ki, İsrail ordusu 7 oktyabr 2023-cü ildən sonra Qəzza zolağında əməliyyatlar fonunda avtomobil izləmə imkanlarını daha da genişləndirib və özəl şirkətlərin hazırladığı sistemləri struktura inteqrasiya edib.

Çində isə avtomobil istehsalçılarının topladığı məlumatları dövlətə ötürməsi qanunla tənzimlənir. İsrailin bəzi Çin istehsalı avtomobillərin hərbi bazalara girişini məhdudlaşdırdığı da bildirilir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
59
azpolitika.info

1Sources