EN

"Yuventus"la matçda hədəfimiz qələbədir" - Barış Alper Yılmaz

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Yuventus"u qəbul edəcək "Qalatasaray"ın hücumçusu Barış Alper Yılmaz matç ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Bu oyun bizim ölkəmiz və klubumuz üçün çox vacibdir. Biz 100 faiz hazırıq. Baş məşqçinin planlarını həyata keçirə bilsək, azarkeşlərimizə əla görüntülər bəxş edəcəyik. "Yuventus"la matçda hədəfimiz qələbədir. Səhvlərə yol verməməyə və meydandan qələbə ilə ayrılmağa çalışacağıq. Oyunçuların özünü göstərmək üçün yaxşı imkanları olacaq. Ümid edirəm ki, yaxşı oynaya biləcəm".

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" qarşılaşmasının start fiti Bakı vaxtı ilə 21:45-də səsləndiriləcək.

Nihat  

Chosen
44
1
fanat.az

2Sources